Saytımızı qiymətləndirin


 
 

Kəramət Böyükçöl yazır
Tarix: 11-11-2020 | Saat: 15:17
Bölmə:Karusel / Yazar | çapa göndər

Şəkildə bunlar ola bilər: dağ, çöldə və təbiət
Bu haqda son yazımdır.
Bundan sonra bir müddət bu barədə heç nə yazmayacam.
Mən həmişə demişəm (açıb baxa bilərsiniz köhnə yazıları) və müharibə başlayan ilk günlər də deyirdim ki, dava qırğın lazim deyil.
Qarabağda ermənilər ilə biz bir yerdə yaşamalıyıq.
Düzdü bu olmasa daha yaxşıdır...Amma tarix göstərir ki, bu olmalıdır. Müasir dövrdə etnik təmizləmə etmək olmaz. Erməni ora 50 il 100 il öncə köçüb, bir tarixi səhvdi olub amma münaqişənin başqa tənzimləmə alternativi yoxdur.
Di gəl ki, məni hamınız söyürdünüz. Məni kosmopolit, sülh quşu adlandırırdınız.
Mən 10 gün öncə desəydim ki, Xocalıda ermənilər qayıdıb yaşamalıdır, bizlə birlikdə.
Mənim var-yoxumu söyəcəkdiniz.
Hə...indi noldu?
Bağlanan müqavilə elə mən dediyimi deyir da. Nəyinki deyir eee...qanunla qol çəkilir.
Deyilir ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda yaşayacaq ermənilərin bütün təhlükəsizliyinə zamin durur. Və ermənilər Dağlıq Qarabağa geri qayıdacaq. Onların hüquqlarını hətta BMT qoruyacaq.
Hə...bəs mən deyənə olurdum düşmən amma indi oldu qələbə? Demək, Şahın verdiyi xiyar da olsa yeməlidir da..belə çıxır ki.
Yəni mənə orda (Dağlıq Qarabağda) ermənilərin yaşaması təsir etmir. Mən zatən bu olmalıdır demişəm 10 ildir. Qafqazdan nə biz köçəsi deyilik nə onlar. Əvvəl axır müharibəsiz yaşamalıyıq da.
Mənim dediyim odur ki, bax bu şəkil görürsünüz ha...O yolları, o dəhlizi, Şuşadan Xankəndinə gedən yolu və.s bizim əsgərlərimiz qan tökə-tökə alıblar.
Amma indi orda başqa ölkənin hərbiçisi dayanır. Bu yolu qanı bahasına alan bir əsgər sabah Laçının bir kəndindən o birinə keçəndə o şlaqbaum görürsünüz haaa...bax ordan icazə ilə keçəcək.
Biz 90-cı illərdə, 20 Yanvardan 92-93-ə qədər qan tökə-tökə bu ordunu ölkəmizdən çıxarmışdıq. Nəyimiz də olmasa ölkəmizdə başqasının ordusu yox idi. Amma indi gəldi...
Onun adını siyasi cəhətdən nə qoyurlar qoysunlar. Sülh ordusu, lap belə desinlər ki, onlar ora ov eləməyə gəlib. Amma mahiyyəti rus ordusudur.
Rus ordusu isə girdiyi yerdən çıxmır. Nə Moldovadan nə Gürcüstandan, nə Ukraynadan nə Suriyada və.s
DQ-da ermənilər yaşasın necə ki, bizdə başqa etnik xalqlar yaşayır. Necə ki, Türkiyədə kürdlər, Gürcüstanda azərbaycanlılar və.s
Amma sabah o ermənilər orda referendum edəndə, Ermənistana birləşdirmək istəyəndə, müstəqillik istəyəndə onları qoruyan Rusiya ordusunu düz gətirdilər yanınlarına. Sən ora müdaxilə edəndə artıq Araiklə deyil bir-başa Rusiya ilə savaşmalı olacaqsan.
Fərqi nədir 90-larda bizi qıran rusun 366-cı alayı olmasın indi rəqəm dəyişib 15-ci birqadası olsun.
Naxçıvanda bizə yol veriblərmiş. Kim verib? Hər hansı beynəlxalq təşkilatlar?
Rus verib da, o yolda da rus əsgəri dayanacaq.
Sabah sən özbaşına o yol üzərində hər hansı dövlətlər ilə tranzit və.s danışığı apara bilərsən? Rusiyanın siyasi, iqtisadi, hərbi maraqlarına zidd kimsə o yoldan istifadə edə bilər?
Fərqi nədir, İran əsgərinin yoxlanışından keçib Naxçıvana getdin ya rus əsgərinin.
Sən o vaxtı Naxçıvandan sənə verilən yola sevinərdin ki, Laçın dəhlizinə sənin ordun nəzarət edərdi. Bəli Naxçıvan dəhlizində sənə problem yaranarsa sənin da cavab verməyə Laçın dəhlizin var. Amma indi ikisi də rusun əlindədirsə. Bunun nəyi sevindiricidir?
Mənim ölkəmə gecə gündüz raket atıb körpələri öldürən, 20 yanvarı, Xocalını törədən, 30 ildir düşməni silahlandıran bir ölkənin ordusu niyə mənim ərazində gəlib post qurmalıdır? Sağ olun.


Xəbəri paylaş

401 dəfə oxunub.

Digər xəbərlər