Tarix: 03-12-2024 | Saat: 13:54
Bölmə:Karusel / Region | çapa göndər
İran prezidenti Məsud Pəzeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir.
Qarabaginfo.az xəbər evrir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, İran prezidentinin Rusiyaya səfəri prezident Vladimir Putinin ilin sonuna qədərki qrafikində yer almayıb.
“Lakin Pəzeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir, çünki Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını gecikdirmək niyyətində deyil. Tərəflər həqiqətən sazişin imzalanmasını gecikdirmək niyyətində deyillər. Bununla belə, hazırda ilin sonuna qədər belə bir səfərin baş tutacağına dair dəqiq bir anlayış yoxdur. Qrafikdə bu səfər yoxdur. Lakin zərurət yaranarsa, bu cür təmaslar çox tez razılaşdırıla bilər. Ancaq belə bir səfər hazırlanır, buna hazırlıq gedir", - deyə Kreml nümayəndəsi qeyd edib.
Digər xəbərlər