Saytımızı qiymətləndirin


 
 

Ərdoğan niyə Baydenlə əlaqələri kəsdi, Putinlə isə münasibətləri yaxşılaşdırdı? – Türkiyə liderindən ŞOK AÇIQLAMA
Tarix: 03-10-2021 | Saat: 08:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğan niyə Baydenlə əlaqələri kəsdi, Putinlə isə münasibətləri yaxşılaşdırdı? – Türkiyə liderindən ŞOK AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan dəstək, amerikalı həmkarı Co Baydenlə isə hesablaşmaq istəyir. Ərdoğan özünə qarşı hörmətsizlik edilməsinə öyrəşməyib. Buna görə də, Co Baydenin onunla görüşməkdən imtina etməsindən çox inciyib. ABŞ-ın “CBS” telekanalına verdiyi müsahibəsində Ərdoğan, Co Baydenlə BMT Baş Assambleyası çərçivəsində görüşünün rədd edilməsindən incik düşdüyünü dilə gətirib. Türkiyəyə qayıtdıqdan sonra Ərdoğan ABŞ lideri ilə əlaqələri kəsdiyini açıqlayıb. Onun sözlərinə görə, son 30 il ərzində bütün Amerika prezidentləri ilə əməkdaşlıq edib, lakin Baydenlə ortaq dil tapa bilməyib. Ancaq Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlər qurub. Hətta Soçidə bu yaxnlarda görüşüblər.  

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, Ciddi siyasi fikir ayrılıqları ABŞ-ın ortaqları ilə münasibətlərini parçalayır. Bura Türkiyə də aiddir. Telekanala açıqlamasında Ərdoğan, Baydenin ona niyə avtokrat dediyini anlamadığını bildirib. Ərdoğana görə, Türkiyədə bənzərsiz demokratiya hökm sürür.

Co Bayden və Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsini müzakirə edəcək

Ekspertlər isə hesab edirlər ki, sadəcə Türkiyədəki insan haqları ilə bağlı vəziyyətin ürəkaçan olmaması səbəbindən Bayden, Ərdoğandan uzaqlaşmazdı. ABŞ hökuməti Qərbin bütün xəbərdarlıqlarına baxmayaraq Ərdoğanın Rusiyadan silah almağa davam etməsinə hələ də acıqlıdır. Ərdoğan isə müsahibəsində bildirib ki,  Ankara “S-400” zenit-raket sistemi almaq üçün Moskva ilə danışıqlar aparır. ABŞ isə  ilk “S-400” kompleksini aldıqdan sonra Türkiyəyə yeni “F-35” qırıcılarını verməkdən imtina etmişdi. İndi isə Bayden hökuməti Türkiyəni yeni sanksiyalarla hədələyir. Ərdoğan isə amerikalılarla güzəştə getməyə meylli deyil. O bildirir ki, Türkiyə hansı silahı kimdən alacağına özü qərar verir. Eyni zamanda Ərdoğan da, ABŞ-ı Ankaranın terror təşkilatı hesab etdiyi YPG-yə dəstək verməkdə günahlandırır.

Президент России Владимир Путин и премьер-министр Турции Реджеп Тайип Эрдоган во время встречи с турецкими бизнесменами в Москве

Mütəxəssislərin fikrincə, Soçi görüşündə Moskva çox güman ki, Türkiyəni İdlibdə güzəştə getməyə inandırmağa çalışıb. Bu arada Türkiyənin Rusiyadan qaz asılılığı, Kremlin əlində Ərdoğana qarşı təzyiq vasitəsi ola bilər. Ona görə də böyük ehtimalla Ərdoğan Soçi görüşündə Putini qiymətləri aşağı salmağa sövq etməyə çalışıb. Bunun qarşılığında isə  Putinin İdlibdə Ərdoğandan güzəşt tələb edəcəyi istisna edilməyib.(Konkret.az)



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər