Tarix: 08-08-2023 | Saat: 20:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, avqustun 8-də bir qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib.
Erməni əsilli Azərbaycan vətəndaşlarının sənədləri keçid məntəqəsində prosedura uyğun yoxlanılaraq rəsmiləşdirilib.
Sakinlərlə yanaşı, BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb.
Qeyd edək ki, bu gün Xankəndidən Ermənistan istiqamətində də Qarabağın erməni sakinlərinin sərbəst keçidi baş tutub. Səhhətində problem olan 11 nəfərin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, müalicə üçün Ermənistana getməsinə şərait yaradılıb.
Bu, bir daha sübut edir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır.
Digər xəbərlər