Ana Sayfa > Karusel / Qarabağ > Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçərək Xankəndiyə gəlməsinə şərait yaradılıb

Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçərək Xankəndiyə gəlməsinə şərait yaradılıb


8-08-2023, 20:03. Yazar: Admin

Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçərək Xankəndiyə gəlməsinə şərait yaradılıb - VİDEO

Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xan Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

Qarabaginfo.az xəbər verir ki, avqustun 8-də bir qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib.

Erməni əsilli Azərbaycan vətəndaşlarının sənədləri keçid məntəqəsində prosedura uyğun yoxlanılaraq rəsmiləşdirilib.

Sakinlərlə yanaşı, BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb.

Qeyd edək ki, bu gün Xankəndidən Ermənistan istiqamətində də Qarabağın erməni sakinlərinin sərbəst keçidi baş tutub. Səhhətində problem olan 11 nəfərin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, müalicə üçün Ermənistana getməsinə şərait yaradılıb.

Bu, bir daha sübut edir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır.


Geri dön