Saytımızı qiymətləndirin


 
 

84 yaşlı Ziyad Səmədzadə növbəti dəfə deputatlığa namizəddir
Tarix: 06-08-2024 | Saat: 12:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

84 yaşlı Ziyad Səmədzadə növbəti dəfə deputatlığa namizəddir

 

VI çağırış Milli Məclisin bitərəf deputatı Ziyad Səmədzadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq deputatın köməkçisi bildirib.

 

"Ziyad müəllim sentyabrın 1-də keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. O, seçki dairəsini dəyişməyib",- açıqlamada deyilir.

 

Qeyd edək ki, Ziyad Səmədzadə 2020-ci il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputat seçilib. O, üçüncü, dördüncü, beşinci çağırışda da Milli Məclisin deputatı olub.

 

84 yaşlı siyasətçi VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Qırğızıstan, Özbəkistan, Portuqaliya, Rusiya, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır