Saytımızı qiymətləndirin


 
 

"Keşlə" və "Qarabağ" qələbə qazanıb
Tarix: 12-03-2022 | Saat: 21:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Keşlə" və "Qarabağ" qələbə qazanıb

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Qarabaginfo.az saytının məlumatına görə, turun ilk günündə iki oyun keçirilib.

Hər iki matçda qonaqlar qələbə qazanıb. Turun ilk qarşılaşmasında çempionatın iddiasızları “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Şamaxıya köçməzdən öncə indiki adla son matçına çıxan qonaqlar üç cavabsız qol vuraraq autsayder üzərində böyükhesablı qələbə qazanıb.

Çempionatın lideri “Qarabağ” “Sabah”ı sınağa çəkib. Səfərdə oynayan Qurban Qurbanovun yetirmələri növbəti qələbə ilə mövqeyini daha da möhkəmlədib. Qələbə qoluna Abdullah Zubir imza atıb.

Qeyd edək ki, tura sabah baş tutacaq “Neftçi” - “Sumqayıt” və “Qəbələ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XIX tur
12 mart (şənbə)

16:45. “Səbail” – “Keşlə” - 0:3
Qollar: 
Pərviz Azadov, 17, Rəhman Hacıyev, 21, Turan Vəlizadə, 90+4
“Səbail”: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 39. Tural Bayramlı, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov
Baş məşqçi: Aftandil Hacıyev
“Keşlə”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 6. Franko Flores, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 5. Kərim Diniyev, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Sənan Qurbanov
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ” - 0:1
Qol: 
Abdullah Zubir, 30
“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 99. Hiqor Qabriel, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Bank Respublika Arena”

1

Qarabağ

18

13

4

1

38-10

43

2

Zirə

18

10

4

4

27-16

34

3

Qəbələ

18

9

5

4

30-22

32

4

Neftçi

18

9

4

5

28-22

31

5

Sabah

19

7

2

10

24-27

23

6

Keşlə

19

5

3

11

21-29

18

7

Sumqayıt

17

3

4

10

10-26

13

8

Səbail

19

3

2

14

12-38

11

Bombardirlər: Davit Volkov ("Zirə") – 10, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi "Qarabağ") – 8, Coy-Lens Mikels ("Sabah") – 7.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər