Saytımızı qiymətləndirin


 
 

Yumurtanın bahalaşması Rusiya quşçuluq təsərrüfatlarına rekord gəlir gətirdi- “Forbes”
Tarix: 09-04-2024 | Saat: 13:08
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

2023-cü ildə Rusiyada yumurta qiymətlərinin kəskin artması ölkənin on ən böyük quşçuluq təsərrüfatlarına rekord gəlir gətirib.

Qarabaginfo.az xəbər verir ki, 2022-ci ildə onların birlikdə gəliri 6,06 milyard rubl idisə, 2023-cü ildə 61,4 faiz qiymət artımı səbəbindən bu rəqəmi 15,46 milyard rubla çatdı.

Bu barədə “Forbes” Rusiyanın maliyyə hesabatlarına əsaslanaraq yazıb.

Ən böyük gəliri “Tavros” qrupuna daxil olan quşçuluq təsərrüfatları əldə edib – 3 milyard rubl. Baxmayaraq ki, bir il əvvəl bu rəqəm 326 milyon səviyyəsində idi.

2023-cü ilin sonunda ümumi mənfəət daha yüksək ola bilərdi, lakin avqust ayında “Bişkirskaya” quşçuluq fermasında quş qripi epidemiyası aşkar edildi, nəticədə 3 milyondan çox toyuq və 18 milyon yumurta məhv edildi, müəssisə 735 milyon rubl zərər gördü.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər