Tarix: 06-01-2021 | Saat: 10:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Tacikistanın paytaxtı Düşənbə 2021-ci il üçün Müstəqil Dövlətlər Birliyinin mədəni paytaxtı və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən isə turizm şəhəri elan edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin rəsmi saytında açıqlama verilib.
Statistikaya görə, hazırda Düşənbədə 37 otel və 57 restoran, 4 milli çayxana, 32 əyləncə mərkəzi, 25 bazar və 91 ticarət mərkəzi, 26 suvenir mağazası, 17 mədəniyyət və istirahət parkı, 1 zoopark, 14 meydan, istirahət üçün 5 su hövzəsi var. Paytaxtda gündəlik yüzlərlə yerli və xarici qonağa xidmət göstərən 204 gözəllik salonu və 201 bərbər, 4 mədəniyyət sarayı və 7 peşəkar teatr, 10 muzey, 16 kitabxana, 306 müalicə və profilaktika müəssisəsi fəaliyyət göstərir.
Xatırladaq ki , 2020-ci ildə MDB-nin mədəniyyət paytaxtı Qırğızıstanın Şımkent şəhəri elan edilmişdi.
Digər xəbərlər