Saytımızı qiymətləndirin


 
 

ABŞ öz vətəndaşlarını Azərbaycana getməməyə çağırdı
Tarix: 19-05-2021 | Saat: 12:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ vətəndaşlarına Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Səyahət Departamentinin rəsmi saytında (Department of State Travel) məlumat yerləşdirilib.

Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin”-deyə çağırış yer alıb.

“Terroristlər az miqdarda və ya heç bir xəbərdarlıq etmədən hücum edə bilər, turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları,ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf alırlar”.

 

Azərbaycanla yanaşı, Ermənistana da səfər etməməyə çağırış yer alıb.

 



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər