Tarix: 02-08-2024 | Saat: 08:38
Bölmə:Karusel / İdman | çapa göndər
Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Qarabaginfo.az xəbər verir ki, Fransada Azərbaycan bayrağını qaldıran idmançımız öz təəssüratlarını jurnalistlərlə bölüşüb.
“Bu gün çox möhtəşəm, eyni zamanda çətin keçdi. Əslində, yarışın çətin keçəcəyini bilirdim. Hər qarşılaşmaya yalnız qələbə üçün çıxırdım. Məşqçilərimə də bildirdim ki, öləcəm. Amma görüşlərimdən qalib ayrılacam.
İki qızıl medal əlbəttə ki, bayramdır. Son iki ayda Dünya çempionatı və Olimpiya oyunlarında qızıl medal... Hidayətdə olduğu kimi... Bunu kim düşünə bilərdi? Biz onunla ruhən çox yaxınıq. Birlikdə məşq edirik. Əgər bu cür davam etsək, bir-birimizə dəstək versək, gələcək yarışlarda hər şeyi bacara bilərik. Növbəti hədəfimiz “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarıdır. Orada görüşənədək”.
Digər xəbərlər