Saytımızı qiymətləndirin


 
 

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər İFADƏ VERDİ
Tarix: 16-03-2022 | Saat: 15:58
Bölmə:Karusel / Kriminal | çapa göndər

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər İFADƏ VERDİ

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Qarabaginfo.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Reyhan Mahmudova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda 600 manat dəyərində qızıllarını girov qoyub:

“Maqsudu ilk dəfə lombardda görmüşəm. Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombarın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 1 ay sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı heç bir şikayətim yoxdur”.

Digər zərərçəkmiş Zemfira Əsgərovanın sözlərinə görə, M.Mahmudovun qızıllarını götürüb ölkədən qaçdığını dostlarından eşidib: “Həyat yoldaşımın dostu da qızıllarını həmin lombarda girov qoymuşdu. Lombardın qabağına getdik, ora başqa şəxslər də gəlmişdi. Obyektin qarşısında Mədinə xanım bildirdi ki, “şikayətin varsa, polisə müraciət edin”. Qızıllarımı lombarddan götürmüşəm, Maqsuddan şikayət yoxdu”.

Zərərçəkmiş Elxan Fətullayev bildirib ki, girov qoyduğu qızıllarını şikayətindən 2 ay sonra geri alıb.

Məhkəmənin növbəti iclası martın 28-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.



Xəbəri paylaş

261 dəfə oxunub.

Digər xəbərlər