“Qaragölün ermənilərə verilməsi sənədini Azərbaycan tərəfdən İşxanyan imzalayıb...”
Tarix: 17-05-2021 | Saat: 12:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1340 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-05-2021 | Saat: 12:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 7 may tarixli qərarı ilə 2 min hektardan çox torpağımız bu mənfur, hiyləgər və namərd qonşularımıza verildi...”
“Şimali Azərbaycan torpaqlarının XIX əsrin əvvəllərindən başlanan ermənilərlə məskunlaşdırılması və 1918-1920-ci illərdə həmin torpaqlar üzərində qondarılmış Ermənistan SSR-ə verilməsi keçən yüzilliyin 20-30-cu illərində də davam etməyə başladı... 1938-ci ildə “Azərbaycanla Ermənistan arasında sərhədləri dəqiqləşdirmək” adı altında üzdəniraq bir komissiya yaradıldı. Taleyimizin təzadına fikir verin ki, Azərbaycan tərəfindən də komissiyaya milliyətcə erməni olan Azərbaycan SSR Torpaq Komissarı İşxanyan başçılıq edirdi...”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında son günlərin ən aktual mövzusuna çevrilmiş Qaragöl yaylağının qədim Azərbaycan torpağı olması haqda danışan tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz söyləyib.
“1938-ci il mart ayının 5-7-də Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədlərlə bağlı protokol imzalanır. Həmin protokola əsasən Laçın rayonunda yerləşən Qaragöl yaylağı, Qubadlının Çayzəmi adlanan sahəsi, Qazax rayonunun Kəmərli kəndinin ərazisinin bir hissəsi və Kəlbəcər rayonuna məxsus Zod adlanan ərazi Ermənistana verildi...
Doğrudur, protokoldakı müddəalar həmin dövrdə tam yerinə yetirilməsə də, ermənilər onu əsasən 60-cı illərin ikinci yarısında o dövrkü respublika rəhbərliyinin maymaqlığından istifadə edərək reallaşdira bildilər. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Ermənistanla sərhəd olan yuxarıda adını çəkdiyimiz rayonlarımızın ərazisindən 2 min hektardan çox torpağımız bu mənfur, hiyləgər və namərd qonşularımıza verildi. Qaragölün əsas hissəsinin ermənilərə verilməsi prosesi isə 1980-ci illərin ortalarında yekunlaşdı. Bu gün 44 günlük savaşda qələbə çalmış Milli Ordumuzun Ermənistanla sərhədlərimizin dəqiqləşdirilməsi zamanı üzləşdiyi çətinliklərin bir əsas səbəbi də məhz belə tarixi məsuliyyətsizliklər, xəyanətlərdir” - deyə Boran Əziz vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
12-12-2025, 15:37
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur
8-01-2020, 09:48
Gəncədə "Ramoş" ləqəbli şəxsin üzərində tapança aşkarlanıb
29-05-2024, 07:59
Borrell: “Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi Ukraynaya silah alışı üçün istifadə ediləcək”
22-10-2024, 12:47
Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib
1-09-2022, 16:27
Türkiyə və Pakistanın Bakıdakı səfirləri görüşüb
12-01-2022, 17:09
Prezidentin Zuğulbadakı iqamətgahından reportaj - Video
6-03-2024, 17:35
O kəndlər qaytarılacaq: Paşinyandan hələ çox tələbimiz var
22-09-2024, 19:54
Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib
16-05-2022, 23:37
Çavuşoğlu NATO-nun Baş katibi ilə danışıb

















