Saytımızı qiymətləndirin


 
 

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
Tarix: 15-10-2025 | Saat: 22:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarılıb.

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

Onun ölkədən deportasiya ediləcəyi bildirilir.

Məlumata görə bu, regional Daxili İşlər Departamenti və FSB-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı olub. Qərarın səbəbi ilə bağlı məlumat verilməyib.

İslam Hüseynovun özü də mətbuata açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, İslam Hüseynovun Rusiya vətəndaşlığını hələ 1990-cı illərdə aldığı bildirilir. O 2005-ci ildən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinə rəhbərlik edir. O, son vaxtlara qədər qubernatorun milliyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər