Saytımızı qiymətləndirin


 
 

Pentaqon Ukraynaya silah təchizatı ilə bağlı məhdudiyyəti aradan qaldırmağa çağırıb
Tarix: 29-10-2021 | Saat: 07:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqon

 

ABŞ-ın Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Lora Kuper müttəfiqləri Ukraynaya müdafiə xarakterli silah təchizatı ilə bağlı məhdudiyyəti aradan qaldırmağa çağırıb.

Qarabaginfo.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Kuper Ukraynanın özünümüdafiə vasitələrinə ehtiyacı olduğunu bildirib.

İLk növbədə istərdim ki bütün müttəfiqlər Ukraynaya müdafiə xarakterli letal silahların təchizatına dair məhdudiyyətləri aradan qaldırsınlar. ABŞ artıq “Javelin” raket kompleksinin təchizatını həyata keçirib. Gürcüstan və Ukrayna bunları əldə edib” deyə Lora Kuper əlavə edib.

Bir müddət əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirmişdi ki, Prezident Co Bayden Ukraynaya 60 milyon dollar həcmində hərbi yardımı təsdiq edib. “Javelin” raketləri də bu yardımın içində yer alır.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər