Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
Tarix: 22-09-2018 | Saat: 13:23
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnikZakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

"Qarabaginfo" Azərbaycan Müdafiyə Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir ki, başsağlığında deyilir: “Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.



Xəbəri paylaş

671 dəfə oxunub.

Digər xəbərlər
10-12-2020, 13:43 Sabahın hava proqnozu