Saytımızı qiymətləndirin


 
 

Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Tarix: 17-06-2026 | Saat: 07:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib

Laçın rayonu Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılmış yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Qarabaginfo.az-ın məlumatına görə, aşkarlanmış pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə müəssisənin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.

Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa tələbi üzrə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Aparılmış araşdırma nəticəsində iddia tələbi əsassız hesab edilib və rədd edilib. Məhkəmə işəgötürən tərəfindən qəbul edilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiq edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər