Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın təklifi qəbul edildi: 5 ölkə bir araya gəlir - Azərbaycan üçün KRİTİK GƏLİŞMƏ
Tarix: 10-12-2021 | Saat: 15:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident Rəcəb Tayyib Ərdoğanın Qafqazda sabitlik və sülhə çağırdığı və Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı “Altılıq” platforması təklifi qəbul edildi. Bu gün Moskvada 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Haberler” qəzetində dərc olunan məqalədə bildirilib.

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclasa Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyəninin nümayəndə heyətləri qatılacaq. Türkiyəni platformada xarici işlər nazirinin köməkçisi Sədat Önal təmsil edəcək. Gürcüstan isə bildirib ki, Abxaziya və Cənubi Osetiya bölgələrində işğala son qoyulması, regional məsələlərin müzakirəsi üçün lazımi addımlar atılmadıqca, Rusiya tərəfi ilə bir masa arxasına oturmayacaq. Diplomatik mənbələr Gürcüstanın Qafqazın sabitliyi ilə bağlı işə başlayan platformada olmasının vacibliyini vurğulayırlar.

Ekspertlər bildirirlər ki, Qafqazdakı problemləri diplomatiya yolu ilə həll etmək üçün yaradılan “Altılıq” platforması Qafqazda yeni dövrün başlanğıcı olacaq.

“Haberler”ə açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Toğrul İsmayıl bildirib ki, “Altılıq” platforması çox vacib və funksional format olacaq.

Ekspert platformanın digər qüvvələrin və qeyri-regional aktorların bölgəyə daxil olmasına, meydan oxumasına və diktə etməsinə mane olacağını deyib:

“Buna görə də ABŞ bu platformadan çox da məmnun deyil. İlk addım Moskvada atılır, əgər bu, uğurla reallaşarsa, Qafqaz regionunda sabitliyin təmin olunmasında çox mühüm rol oynaya bilər. Təbii ki, əgər bütün tərəflər həqiqətən sülh və sabitlik istəsələr. Çünki bu, gələcəyə hesablanmış bir layihədir, dərhal uğurlu olacağını söyləmək düzgün olmaz”.

Türkiyə və Azərbaycanın bölgədə sülh, sabitlik və əməkdaşlığı ən çox istəyən iki ölkə olduğunu vurğulayan Toğrul İsmayıl deyib:

“Buna görə də, bu iki ölkə belə bir mühüm təşəbbüslə çıxış etdilər. Üstəlik, bu, regionda geosiyasi konyukturanın getdikcə Türkiyə və Azərbaycanın xeyrinə dəyişdiyinin göstəricisidir. Xatırlatmaq üçün qeyd edək ki, İran ilk vaxtlar bu platformanı müsbət qarşılamamışdı. Amma indi İran da reallığı anlamağa başlayıb. Gürcüstanı da razı salmaq lazımdır”.(teleqraf)



Xəbəri paylaş

1400 dəfə oxunub.

Digər xəbərlər