Tarix: 13-03-2024 | Saat: 14:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yaddaş damar xəstəlikləri, yanlış həyat tərzi seçimləri və hətta soyuqdəymə səbəbindən zəifləyə bilər.
Qarabaqinfo.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Neyro və İnkişaf Patopsixologiyası Kafedrasının professoru İrina Roşçina yerli KİV-ə müsahibəsində deyib.
"Yaddaş insanın vəziyyətindəki hər hansı dəyişikliyə çox həssas bir funksiyadır. Məsələn, soyuqdəymə, qızdırma və s. zamanı yeni bir şey xatırlamağa çalışsanız, bu, bədənin normal funksional vəziyyətindən daha çətin olacaq”, - Roşçina izah edib.
İnsult və ya infarktdan sonra, həmçinin hipertoniya və ya aterosklerozdan sonra beyinə kifayət qədər qan tədarükü də idrak qabiliyyətinin azalmasının ümumi səbəbidir. Alkoqoldan və narkotik istifadə də yaddaşı zəiflədir.
"Fiziki sağlamlığınıza nəzarət etmək, tibbi müayinədən keçmək, qan təzyiqinə, qan şəkərinin səviyyəsinə və s. nəzarət etmək vacibdir", - deyə professor vurğulayıb.
Digər xəbərlər