Tarix: 02-04-2022 | Saat: 17:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi keçirilib.
BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam etdiriləcək.
Digər xəbərlər