Saytımızı qiymətləndirin


 
 

ABŞ hərbçilərin dəyişdirilməsini ALQIŞLAYIR
Tarix: 14-12-2023 | Saat: 10:20
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ hərbçilərin dəyişdirilməsini ALQIŞLAYIR

 

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin dəyişdirilməsi prosesini alqışlayırıq.

 

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib. 

"Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, - Miller bildirib 

 

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər