Saytımızı qiymətləndirin


 
 

Mədəniyyət naziri teatr xadimlərinə məktub ünvanlayıb
Tarix: 10-03-2022 | Saat: 13:15
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Anar Kərimov

 

Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

"Bu gün 10 Mart Milli Teatr Günü – Azərbaycanda teatr sənətçilərinin peşə bayramıdır. 1873-cü ilin bu günündə M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşası ilə peşəkar teatrımız pərdələrini ilk dəfə tamaşaçıların üzünə açıb.

Azərbaycan teatrı yarandığı vaxtdan bu günə qədər uzun və şərəfli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb. Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri kimi teatr sənəti cəmiyyətin mədəni-estetik tərbiyəsində mühüm rol oynayıb".

Nazir vurğulayıb ki, teatr cəmiyyətin estetik zövqünü tərbiyə etməklə yanaşı, milli təfəkkürün formalaşdırılmasına xidmət edir.

O, bu gün Azərbaycan teatrının tamaşaçısının həm klassik, həm müasir tamaşalara maraq göstərdiyini deyib: "Teatrların repertuarını Azərbaycan və dünya dramaturgiyasının nümunələri bəzəyir. Ölkəmizdə dövlət teatrları ilə yanaşı, özəl teatrlar da fəaliyyət göstərir. Rəngarəng teatr mühitini yaratdıqları üçün ən böyük təşəkkür teatr xadimlərimizə düşür.

Sizi – teatr sənətini sevən bütün vətəndaşlarımızı Milli Teatr Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan teatrı gündən-günə inkişaf etsin və qlobal miqyasda da öz möhürünü vurmağı bacarsın!"



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər