Şuşada 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

Qarabaginfo.az xəbər verir ki, şəxsi heyət hərbi orkestrlərin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.