Tarix: 25-09-2020 | Saat: 16:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.
Qarabaginfo.az BNA-ya istinadən xəbər verir.
Məlumata görə, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Bakı şəhərinin ən önəmli prospektlərindən biri olan Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsinə yaxın hissəsində yeni piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib. Bu çərçivədə səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib, əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib. Eyni zamanda, hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.
Digər xəbərlər