Saytımızı qiymətləndirin


 
 

Paşinyanın son bəyanatları siyasi xarakter daşıyır - Erməni nazir müavini
Tarix: 29-01-2024 | Saat: 14:17
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyanın son bəyanatları siyasi xarakter daşıyır - Erməni nazir müavini

Baş nazir Nikol Paşinyanın Azərbaycanla silahlara qarşılıqlı nəzarət mexanizmi və hücum bir-birnə etməmək paktının imzalanması ilə bağlı bəyanatları siyasi xarakter daşıyır.

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib. O həmin bəyanatlara hələ ki heç bir siyasi reaksiya olmadığını deyib.

“Müvafiq müsbət siqnallar olarsa, müzakirələr təbii olaraq başqa mərhələyə keçəcək”, - nazir müavini qeyd edib.


Kostanyan vurğulayıb ki, Ermənistan öz qonşuları ilə münasibətlərin tam nizamlanmasında və sülh müqaviləsinin imzalanmasında səmimi olaraq maraqlıdır.
 

"Artıq bilirsiniz ki, yanvarın 4-də biz müvafiq sazişin mətninin yenilənmiş variantını Azərbaycan tərəfinə göndərmişik. Buna görə də biz Azərbaycandan cavab gözləyirik. Bir neçə həftə ərzində cavab veriləcəyi deyilib", -deyə xarici işlər nazirinin müavini əlavə edib.
 

“Rusiyanın Ermənistandakı səfirini dəyişmək istəməsi ilə bağlı xəbərlər doğrudurmu?” sualına Kostanyan cavab verib ki, bu barədə məlumatı yoxdur.

“Xarici İşlər Nazirliyinə rəsmi olaraq hər hansı məktub daxil olmayıb”.


Xatırladaq ki, Nikol Paşinyan 28 may ordu günündə belə açıqlama verib:

“Biz Azərbaycana sərhədin demilitarizasiyasını təklif etmişik. Həmçinin, silahlara qarşılıqlı nəzarət mexanizmi, sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi ortaya çıxarsa, təcavüz etməmək haqqında paktın imzalanmasını təklif etmişik”.



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər