Saytımızı qiymətləndirin


 
 

FHN-in əməkdaşları idman yarışlarında yüksək nəticələr əldə ediblər
Tarix: 20-04-2026 | Saat: 19:55
Bölmə:Karusel / İdman | çapa göndər

FHN-in əməkdaşları idman yarışlarında yüksək nəticələr əldə ediblər

18-19 aprel tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər və masterlər arasında qol güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Nazirlikdən Qarabaginfo/az-a verilən xəbərə görə, ölkənin şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-ə yaxın idmançının iştirak etdiyi çempionatda iştirak edən FHN-in qol güləşi üzrə yığma komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Sənan Şükürov 86kq çəki dərəcəsində sağ qol üzrə bütün rəqiblərinə qalib gələrək qızıl, sol qolda isə gümüş medal qazanmağı bacarıb. Komandanın digər üzvü, Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105kq çəki dərəcəsində master kateqoriyasında sağ qol ilə mübarizə apararaq çempionatın gümüş medalına layiq görülüb.

Bundan başqa, aprelin 18-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib. 11 dövlət qurumundan 19 kişi əməkdaşın iştirak etdiyi yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rauf Əsgərov 6 görüş keçirərək gümüş, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı leytenant Cavid Mustafazadə isə 5 görüş keçirərək yarışın bürünc medalına yiyələniblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi medal və diplom təqdim edilib.

 



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər
6-04-2020, 16:50 Akif Çovdarov əfv edildi