Saytımızı qiymətləndirin


 
 

S&P: Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər
Tarix: 08-06-2026 | Saat: 16:20
Bölmə:Karusel / Region | çapa göndər

S&P: Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər

Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" reytinq agentliyinin qiymətləndirməsində bildirilib.

S&P Ermənistanın parlament seçkilərinin nəticələrini ölkənin kredit qabiliyyəti üçün müsbət qiymətləndirib.

Agentliyin hesabatında qeyd olunub ki, iyunun 7-də keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının qələbəsi siyasi kursun davamlılığını təmin edir və hökumətin Azərbaycanla sülh danışıqlarını irəli aparmaq imkanlarını gücləndirə bilər.

S&P-nin qiymətləndirməsinə görə, seçki nəticələri hökumətə yeni mandat verməklə qısamüddətli siyasi qeyri-müəyyənliyi azaldır və ölkənin kredit profilini dəstəkləyir.

Bununla yanaşı, agentlik vurğulayıb ki, Ermənistanın Qərb ölkələri ilə əlaqələri genişləndirmək cəhdləri Rusiya ilə mövcud iqtisadi və enerji asılılığı səbəbindən çətin olaraq qalacaq.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Mülki Müqavilə Partiyası parlamentdə çoxluğu qoruyub saxlayıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər