Saytımızı qiymətləndirin


 
 

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi
Tarix: 21-04-2022 | Saat: 14:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

 


"Fürsətdən istifadə edərək, Ukraynaya, Ukrayna xalqına göstərilən köməyə görə Ukrayna adından, Ukrayna xalqı adından Azərbaycan rəhbərliyinə və ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istəyirəm".

Qarabaginfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Səfir bildirib ki, bu gün Azərbaycanın Ukraynaya böyük humanitar yardımının üçüncü mərhələsi həyata keçirilir:

"Yeddinci təyyarə Ukrayna üçün çox vacib bir yüklə yola düşür. Burada dərman və yemək var. Şübhəsiz ki, Ukraynanın çətin bir məqamında göstərilən humanitar yardım Ukrayna ilə Azərbaycan arasında yüksək strateji tərəfdaşlığın əyani təsdiqidir. Bu, həqiqətən bizə lazım olan köməkdir. Bu, Ukrayna və Azərbaycan xalqları arasında böyük dostluğun daha bir sübutudur”.



Xəbəri paylaş

244 dəfə oxunub.

Digər xəbərlər