Tarix: 25-08-2021 | Saat: 08:44
Bölmə:Karusel / Dünya | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı həftəlik bülletenində son hesabatında bildirilib.
Avqustun 16-dan 22-dək dünyada 4 525 863 yoluxma aşkarlanıb ki, bu da əvvəlki yeddi günün göstəricilərindən (4 444 632) 80 mindən çoxdur: “Son bir həftə ərzində 68 339 ölüm hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftənin (66 506) səviyyəsindən 1.8 mindən çoxdur. Avqustun 22-nə olan məlumata görə, dünyada 211 288 358 yoluxma var.
Pandemiyanın başlanğıcından bəri 4 422 666 nəfər ölüb”.
Buna baxmayaraq, ÜST həftənin statistik göstəricisini iki aylıq artımdan sonra sabit olaraq qiymətləndirib.
Qeyd edilib ki, Avropada son yeddi gündə 1.16 milyondan çox insan virusa yoluxub, 11 mindən çox insan ölüb. Amerikada 1.6 milyondan çox yeni infeksiya və 21 mindən çox ölüm qeydə alınıb. Cənub -Şərqi Asiyada 614 mindən çox yoluxma, 17 mindən çox ölüm aşkarlanıb.
Son bir həftə ərzində ən çox yoluxma ABŞ-da (1 020 072) olub. İranda 251 610, Hindistanda 231 658, Böyük Britaniyada 219 919 və Braziliyada 209 099 yoluxma hadisəsi baş verib.
Hesabatda o da vurğulanıb ki, ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda qeydə alınan “delta” ştammının yayılma coğrafiyası 148 ölkədən 163 ölkəyə qədər genişlənib.
Digər xəbərlər