Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb
Tarix: 06-04-2021 | Saat: 12:36
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.



Xəbəri paylaş

1369 dəfə oxunub.

Digər xəbərlər