Saytımızı qiymətləndirin


 
 

Kiyevə gecə hücumu: 53 nəfər yaralanıb
Tarix: 13-12-2023 | Saat: 10:23
Bölmə:Karusel / Region | çapa göndər

Kiyevə gecə hücumu: 53 nəfər yaralanıb

 

Xəbər verdiyimiz kimi, Rusiya ordusu dekabrın 13-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub.

 

Qarabaginfo.az xəbər verir ki, Kiyev rəsmiləri zərbələr nəticəsində 53 nəfərin xəsarət aldığını açıqlayıb.

 

Yaralananlardan 6-sının uşaq olduğu bildirilir. Ən böyüyünün 80, ən kiçiyinin 5 yaşı var. Hər kəsə tibbi yardım göstərilib.

 

Məlumata görə, şəhərdə azı 10 güclü partlayış baş verib. 

 

Kiyev şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri tərəfindən edilən raket hücumları Ukrayna paytaxtında dağıntılara səbəb olub və onlarla mülki şəxs xəsarət alıb. Zərərsizləşdirilən raketlərin qalıqları paytaxtın bəzi ərazilərində yanğınlara səbəb olub.

 

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, paytaxtın Dnepr rayonunda raket qalıqları yaşayış binasının fasadına ziyan vurub, 7-ci mərtəbədə yanğın baş verib. Sakinlər təxliyə edilib.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər
28-10-2020, 13:41 Sabahın hava PROQNOZU