Saytımızı qiymətləndirin


 
 

Putin niyə Ərdoğana fərqli münasibət bəsləyir? - Kremldən AÇIQLAMA
Tarix: 24-10-2022 | Saat: 14:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin niyə Ərdoğana fərqli münasibət bəsləyir? - Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla tez-tez təmasları Ankaranın vasitəçilik səylərini davam etdirmək istəyi və Rusiya ilə Türkiyə arasında geniş ticarət-iqtisadi əlaqələrlə bağlıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
 

"Ankara Paris və Berlinin tutduğu mövqedən fərqli mövqe tutur. Ankara vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edir, bilirik ki, prezident Putin Türkiyənin bu vasitəçilik səylərini dəfələrlə yüksək qiymətləndirib. Bundan əlavə, bizim çox geniş ticarət-iqtisadi əlaqələrimiz var. müxtəlif iri layihələr həyata keçirilir və bütün bunlar təbii olaraq dövlət başçılarının bir-biri ilə tez-tez ünsiyyət qurması üçün səbəbdir”, - Peskov jurnalistlərə bildirib.


Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində Putinlə 5 dəfə danışdığını bildirmişdi.



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər