DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib - Məhkəmə başladı
Tarix: 08-04-2025 | Saat: 17:40
Bölmə:Karusel / Kriminal | çapa göndər
141 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-04-2025 | Saat: 17:40
Bölmə:Karusel / Kriminal | çapa göndər
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov cinayət məsuliyyətinə cəlb olunub.
Qarabaginfo.az xəbər verir ki, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Prosesdə tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər.
Məhkəmə işin baxış iclasını aprelin 22-nə təyin edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər./Qafqazinfo
Xəbəri paylaş
Digər xəbərlər
19-07-2023, 16:15
Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
4-02-2025, 16:13
Arvad ərinə böyrəyini satdırdı, pulu götürüb sevgilisi ilə qaçdı
21-05-2022, 10:54
Azərbaycan çempionatında mövsümün son turu
2-09-2024, 20:14
Azərbaycanla MDB arasında əməkdaşlığı müzakirə edilib
11-02-2021, 12:00
Bakıda 80 yaşlı şəxs özünü 4-cü mərtəbədən atdı
30-08-2022, 16:06
"Teknofest Karadeniz"in rəsmi açılış mərasimi keçirilib
9-07-2026, 19:32
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
18-03-2022, 15:31
Şuşa şəhərində dopler radar sistemi qurulacaq


















