Saytımızı qiymətləndirin


 
 

Novak: ABŞ-la dizel razılaşması Rusiyada neft hasilatını artıracaq
Tarix: 14-10-2026 | Saat: 17:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Novak: ABŞ-la dizel razılaşması Rusiyada neft hasilatını artıracaq

ABŞ-ın Rusiyadan dizel yanacağının ixracına tətbiq etdiyi məhdudiyyətləri yumşaltması Rusiya iqtisadiyyatına müsbət təsir göstərəcək.

"İnterfax" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Şübhəsiz ki, bu, iqtisadiyyatımız üçün müsbət siqnaldır və ümumilikdə neft emalı zavodlarında emal həcmlərinin, hasilatın artırılması ilə bağlıdır. Bu, büdcəyə əlavə vergi daxilolmaları, büdcənin formalaşdırılması, sosial sahəyə xərclərin ayrılması, o cümlədən investisiya imkanları deməkdir. Neft-qaz sənayemiz üçün isə hasilat və emal həcmlərinin artırılmasına dair müəyyən proqramın yerinə yetirilməsi baxımından əhəmiyyətlidir”, - Baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, razılaşmalara uyğun olaraq, tədarüklər dünya bazarlarına, o cümlədən Amerika Birləşmiş Ştatlarına həyata keçiriləcək.

Aleksandr Novak xatırladıb ki, ilin sonunadək Rusiya tədarük həcmini 3-3,5 milyon tona çatdıra bilər: “Bu, Rusiyanın dünya bazarlarına tədarük etdiyi əvvəlki həcmdir. Söhbət dünya bazarının 10%-dən çoxundan gedir”.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər