Saytımızı qiymətləndirin


 
 

Kosovodakı NATO qüvvələrinə Türkiyə rəhbərlik edəcək
Tarix: 09-06-2023 | Saat: 11:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə bu payızda rotasiya çərçivəsində Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan rəsmilərə istinadən yazıb.

“İndi Kosovodakı NATO qüvvələrinə İtaliya rəhbərlik edir. Türkiyə rəsmilərinin bildirdiyinə görə, İtaliya oktyabrda NATO qüvvələrinin komandanlığını Türkiyəyə ötürəcək. Bir müddətdir ki, səlahiyyətlərin verilməsi məsələsinə baxılırdı, lakin yekun qərar bu yaxınlarda qəbul edilib”, – Bloomberg bildirir.

Agentlik onu da qeyd edir ki, rotasiya məsələsi son eskalasiyadan əvvəl həll olunub, ona görə də qərara yenidən baxıla bilər.

Qeyd edək ki, Kosovonun şimalında və Metoxiyadakı serb yaşayış məntəqələrində vəziyyətin gərginləşməsi mayın 26-da Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin bir sıra bələdiyyələrdə inzibati binaları zəbt etməsi ilə başlayıb. Bunun ardınca NATO Türkiyədən bölgəyə hərbi kontingent göndərməyi xahiş edib.

 



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər