Saytımızı qiymətləndirin


 
 

XTQ: "Düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq"
Tarix: 30-04-2022 | Saat: 17:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oxu.az - Azərbaycan Xəbərləri

"Cənab Müzəffər Ali Baş Komandan, mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri olaraq, “bordo beretlilər” və “mavi beretlilər” adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq. Xüsusi Təyinatlı Qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımızdan və canımızdan keçməyə həmişə hazırıq".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə Azərbaycan xüsusi təyinatlılarının xatirə bereti təqdim olunub.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

Prezident XTQ-nin hərbi hissəsində olub - FOTO - Avtosfer.az



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər