Saytımızı qiymətləndirin


 
 

İran Zəngəzura alternativ “Qafqaz dəhlizi” üçün əlləşir
Tarix: 10-10-2021 | Saat: 23:05
Bölmə:Karusel / Region | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi deyib.

Hatəmi bildirib ki, İrəvan 21 km-i Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olaraq İrandan Gürcüstana yeni tranzit yol çəkmək istəyir:

“Mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir”.

Qeyd edək ki, İran Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxmaq istəyir. Bu, İranın Zəngəzur dəhlizi vasitəsilə nəzərdə tutulan böyük tranzit xəttinə “alternativi”dir. İran hesab edir ki, Ermənistandan çəkəcəyi “Qafqaz dəhlizi” vasitəsilə Hindistan və Çindən İran limanlarına, İrandan isə dəmir/avto yollarla Ermənistandan Gürcüstan limanlarına mal daşımaq mümkündür. Gürcüstandan isə Bolqarıstan və Yunanıstan limanlarına daşımalar həyata keçirilə bilər.

Ancaq məsələ bundadır ki, həm Gorus-Qafan tranzit yoluna alternativlər, həm də Ermənistandan Gürcüstana yol dağlıq ərazilərdən keçir. Bu marşrut külli miqdarda vəsait deməkdir və əvəzində səmərəliliyi sual altındadır. (Axar.az)axa



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər