"Ukraynanın Qara dəniz limanlarından taxıl ixracı üçün dəhlizin işə salınması böyük ölçüdə Rusiyanın qərarından asılıdır".
Qarabaginfo.az NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O deyib: “BMT-nin bunun üçün obyektiv və yaxşı planı var. O həm Rusiyanın, həm də Ukraynanın ixrac ehtiyaclarını təmin edir. Plan baş tutsa, Ukrayna taxılını beynəlxalq miqyasda ixrac edə biləcək. Ərazi minalardan təmizlənmədən təhlükəsiz xətlərin yaradılması mümkün deyil”.
Türk diplomatın sözlərinə görə, hazırda ərzaq qiymətləri qalxır, bu baxımdan Türkiyə taxıl probleminin həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğun həllini istəyir.