Saytımızı qiymətləndirin


 
 

Atəşkəs sona çatdı - İsrail Qəzzada döyüşlərə BAŞLADI
Tarix: 01-12-2023 | Saat: 10:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Atəşkəs sona çatdı - İsrail Qəzzada döyüşlərə BAŞLADI

 

İsrail Ordusu HƏMAS hərəkatının təxribatlarından sonra Qəzza zolağında əməliyyatları bərpa edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun "Telegram" səhifəsində bildirilib.

 

“HƏMAS əməliyyat fasiləsini pozaraq İsrail ərazisinə atəş açıb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa edib”, - məlumatda deyilir.

 

Xatırladaq ki, yerli vaxtla səhər altı və yeddi radələrində Qəzza zolağından raket buraxılışı xəbərdarlığı sirenləri səslənib. İsrail ordusu hava hücumundan müdafiə qüvvələrinin Qəzza zolağından atılan raketin qarşısını aldığını bildirib. 

 

"Reuters" agentliyinin yerli mənbələri Qəzzada döyüşlərin getdiyini açıqlayıb.

 

“The Wall Street Journal” qəzeti Misir rəsmilərinə istinadən iddia edib ki, İsrail və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar. Qəzetin mənbələrinin məlumatına görə, razılaşma çərçivəsində əksəriyyəti qadın və uşaqlardan ibarət daha 10 girov azad ediləcək.


Xatırladaq ki, atəşkəs razılaşması ötən cümə günü qüvvəyə minib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən razılaşma  Qəzza zolağına humanitar yardımın çatdırılmasını və “bir girov üçün üç məhbus” formulu əsasında israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini əhatə edirdi. İlkin razılaşmada dörd günlük atəşkəs nəzərdə tutulurdu, sonra razılaşma daha iki gün, ardınca bir gün uzadıldı.

 

Atəşkəs ərzində 81 israilli girov azad edilib. Daha 137 girov əsirlikdə qalır. HƏMAS onlardan bəzilərinin artıq sağ olmadığını açıqlayıb.

 

HƏMAS və İsrail arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail tərəfindən 1200, Qəzzada 15 mindən çox insan ölüb.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər