Tarix: 12-04-2024 | Saat: 10:09
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturuna zərbələrə münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib ki, bu kimi hücumların qarşısını almaq üçün rəsmi Kiyevə daha çox silah-sursat, eləcə də hava hücumundan müdafiə vasitələri verilməlidir:
“Rusiya Kiyev də daxil olmaqla, ümumilikdə 5 vilayətdə elektrik stansiyalarını hədəfə alıb. Aydındır ki, bu kimi addımlarla rəsmi Moskva Ukrayna xalqının döyüş əzmini sındırmaq istəyir. Nümayəndələr Palatasını Milli Təhlükəsizlik haqqında Qanunu qəbul etməyə çağırırıq. Çünki bu, bizə Ukraynanı daha çox silah-sursatla təmin etməyə imkan verəcək. Layihə müzakirəyə çıxarılacağı təqdirdə onu həm respublikaçılar, həm də demokratlar təsdiqləyəcək. Elektrik enerjisi obyektlərinə son aviazərbələr onu göstərdi ki, Ukraynanın silah-sursata, eləcə də hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var”.
Digər xəbərlər