Tarix: 06-07-2023 | Saat: 17:32
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Bizi az şey təəccübləndirə bilər, amma bəzən Fransa Prezidenti Emmanuel Makron buna nail olur, iyunun 28-də Marseldə olduğu kimi”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidentinin anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən deyib.
“Makron demişdi ki, sən demə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyandan daha çox təzyiq göstərir və Qarabağ məsələsində aydın mövqeyə malik olan yeganə şəxsdir ki, demək olar ki, təkbaşına bu mövzunu dünya birliyinin gündəliyində saxlayır”, - o qeyd edib.
“Sizə deyə bilərəm ki, bu cür bəyanatlardan sonra Prezident Makronun təvazökarlığının yalnız kişiliyindən geridə qalması hissi yaranır. Biz, əlbəttə ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, belə məhsuldar işin praktiki nəticələri barədə danışmadı. Proses var, amma nəticə yoxdur. Və bəlkə də ona görə demədi ki, bu nəticələri heç kim heç vaxt görməyib. Yeri gəlmişkən, bu nəticələri təkcə Fransanın Qarabağ nizamlanması üzrə vasitəçiliyi ilə deyil, həm də Prezident Makronun dəfələrlə götürdüyü bir çox başqa işlər üzrə heç kim heç vaxt görməyib. Bizdə artıq uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur.
Deyə bilərəm ki, bütün bu hərəkətlər, nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiya Federasiyasını nizamlanma prosesindən çıxarmaq və öz siyasi, bəzən isə sadəcə olaraq seçkiqabağı məqsədlərini reallaşdırmaq məqsədi daşıyır. Nəinki danışıqlar prosesinə müsbət təsir göstərmədilər, əksinə, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu tamamilə gözdən saldılar. Amma, bilirsiniz, özünüpiarı hələ heç kim ləğv etməyib, hər kəs bu mənada öz seçimini edir. Ola bilsin ki, bu, onların sahib olduğu yeganə şeydir”, - deyə Zaxarova əlavə edib.
Digər xəbərlər