Saytımızı qiymətləndirin


 
 

Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirib
Tarix: 17-08-2021 | Saat: 08:52
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusunun bölmələri İraqda bir neçə terrorçunun zrərsizləşdirildiyini açıqlayıb.

Bu barədə Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Milli Müdafiə Nazirliyinin xəbərində qeyd edilir ki, İraqın şimalındakı Metina bölgəsində keçirilmiş antiterror əməliyyatı zamanı 8 terrorçu məhv edilib. Nazirlik tvitterdəki hesabında antiterror əməliyyatlarının davam etdiriləcəyini açıqlayıb. Məlumata görə, zərərsizləşdirilənlər arasında Türkiyə ordusunun əsgərlərini əldəqayırma partlayıcı qurğu ilə öldürən terrorçular da var.

Qeyd edək ki, ötən gün İraqın şimalında Türkiyənin bir neçə hərbçisi həlak olub. "Pençe" və Yıldırım" əməliyyatlarının keçirildiyi bölgədə əl bombasının partlaması nəticəsində 3 hərbçi həyatını itirib, 2 hərbçi isə xəsarət alıb.(Report)



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər