Tarix: 03-08-2020 | Saat: 17:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Görülən bütün işlərin məqsədi çimərliklərdə koronavirusun yayılmasının qarşısını almaqdır”.
Qarabaginfo.az-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O bildirib ki, bütün çimərlikdə işləyən qruplarla maarifləndirmə işləri aparılıb, onlara müvafiq təlimatlar verilib: “Bütün çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Sosial məsafənin saxlanılması, gigiyena qaydalarına riayət edilməsi və digər tələblər bu qəbildəndir. Leyla Əliyevanın təşəbbüsü ilə İDEA ictimai birliyi tərəfindən 6 çimərlik də hazır vəziyyətə gətirilib”.Həbibullayev çimərliklərdə insanlara səsli şəkildə də bəzi təlimatların çatdırılacağını deyib. O bildirib ki, sosial məsafənin qorunması üçün işarələrdən istifadə olunub: “Əsas məsələ dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasıdır. Artıq tibbi maskaların atılması üçün tam ayrı konteynerlər quraşdırılıb. Müvafiq dövlət qurumları tərəfindən bütün lazımı tədbirlər görülür. Əsas iş isə vətəndaşların üzərinə düşür”.
Digər xəbərlər