Saytımızı qiymətləndirin


 
 

Xodorkovski demokratik müxalifəti silahlanmaya çağırış  edib
Tarix: 24-06-2023 | Saat: 20:29
Bölmə:Karusel / Region | çapa göndər

Xodorkovski demokratik müxalifəti silahlanmaya çağırış  edib

"Priqojin quldurdur, lakin düşmənimin düşməni mənə dost olmasa da, dəstək veriləsi gücdür..."

 

"Priqojin iki-üç gün sağ qala bilər, hələlik isə generallar kimin tərəfinə keçmək barədə düşünür..." 

Rusiya müxalifətinin tanınmış nümayəndələrindən biri Mixail Xodorkovski Priqojinin qiyamına necə münasibət bildirilməli olduğu sualına cavabında deyib ki, buna simpatiya ilə yanaşmaq mümkünsüzdür. 

Qarabaginfo.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, "Xodorkovski LİVE" kanalının efirində çıxış edərkən deyib. 

"Priqojinə quldur kimi münasibət göstərmək lazımdır və başqa cür ola da bilməz. Biz gözəl bilirik ki, bu adamın rəmzi gürzdür... 

Lakin düşmənimin düşməni mənə dost olmasa da, dəstək veriləsi gücdür...Bizim aləmimizdə Priqojin kimiləri başqa düşmənlərimizi zəiflədən düşmənlərdir". 

Priqojin insanların arxasınca gedən siyasətçi deyil, quldurdur, Xodorkovski davam edib. Onun fikrincə, bütün tarixçə Surovikinin üzərində qurulub, o, Şoyqunu əvəzləməli idi.  

"Oyun daha dərinə gedib. Söhbət artıq Putinin özündən gedir. Bu vəziyyətdə Priqojin iki-üç gün sağ qala bilər. Hələlik isə generallar kimin tərəfinə keçmək barədə düşünür".

 

Xodorkovskinin fikrincə, söhbət təkcə generallardan getmir. "Bu günkü hakimiyyətin təslim etdiyi şəhərlərdə hakimiyyəti ələ alacaq siyasi gücün kim olacağı məsələsi demokratik müxalifəti və Kremldə Priqojin kimilərinin peyda olmamasını istəməyənlərin hamısını narahat etməlidir".

 

 

1991 və 1993-cü illəri xatırladaraq, Xodorkovski qeyd edib ki, o zaman həlledici məqamda hər şeyi on və yüz minlərlə deyil, minlərlə bu və ya digər tərəfə keçməyə hazır olan silahlı insan həll edib.

 

 

"Hakimiyyət məsələsi Moskvada həll ediləcək. Mən silah anbarlarının yerini bilən, onların mühafisəz qaldığını və ya mühafizənin ruhdan düşdüyünü görən hər kəsə silahları götürməyi məsləhət görürəm. Bu gün ondan istifadə etmək imkanı yoxdursa, gizlədin. O, sabah tələb olunacaq".



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər