Tarix: 07-01-2022 | Saat: 08:13
Bölmə:Karusel / Dünya | çapa göndər
KXDR hakimiyyəti şəhərin küçələrindən birində ölkə rəhbəri Kim Çen Inın ünvanına tənqidi yazıdan sonra vətəndaşlardan əlyazma nümunələri tələb edib.
Qarabaginfo.az LADBible-yə istinadən xəbər verir ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin plenar iclasının iclası zamanı Pxenyanın nüfuzlu rayonlarından birində divara tənqidi sözlər yazılıb. Dekabrın 22-də qraffiti aşkar edildikdən sonra yerli hakimiyyət həmin yazını götürüb və ərazini mühasirəyə alıb.
Divarda "Kim Cen In pis adamdır. Sənin üzündən insanlar acından ölür" sözləri yazılıb.
Bundan sonra polis əməkdaşları cinayətkarı tapmaq üçün yerli sakinlərdən və tələbələrdən əlyazma nümunələrini götürüblər. Bundan əlavə, rəsmilər müşahidə kameralarından videoya baxır, lakin yazının müəllifi hələ də məlum deyil.(Report)
Digər xəbərlər