Tarix: 13-06-2023 | Saat: 18:44
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionuna sadiqdir və digər geosiyasi aktorlardan fərqli olaraq, bizim gizli gündəliyimiz yoxdur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolundakı vəziyyətlə bağlı keçirilən dinləmədə deyib.
“Aİ regiondakı bütün xalqlar üçün sülh quruculuğunda və sülhün əldə edilməsinə yardım etməkdə maraqlıdır. Biz bunu necə edirik - əvvəl də dediyim kimi, humanitar yardım missiyası vasitəsilə, hazırda da davam edən müzakirələr vasitəsilə, müharibədən ciddi təsirlənmiş regionlarda minaların təmizlənməsi vasitəsilə, münaqişə riskini azaltmağa çalışaraq edirik”, - o qeyd edib.
Borrell əlavə edib ki, bütün bunlar üçün bölgədə gündəlik təmsil olunmaq tələb olunur. Borell onu da qeyd edib ki, humanitar yardım, minasızlaşdırma fəaliyyətləri, itkin düşənlərin axtarışı və saxlanılanların azadlığa buraxılması istiqamətində iş aparılmasa, vəziyyət olduğundan daha pis ola bilər.
Digər xəbərlər