“Avqustda Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitələrinin iclası keçiriləcək”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Erməni nəşri mövzunu belə davam etdirib:
“Dünən Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi görüşün Moskvada baş tutacağını bildirib. Hələlik görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur.
2022-ci ildə mayın 24-də Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının birgə işi formatında ilk görüşü keçirilib.
Ermənistan hakimiyyətinin prosesi mümkün qədər sürətləndirmək və müqaviləni avqustun sonunda, siyasi həyatın tam dincəldiyi, Paşinyanın isə çətinlik və müqavimət olmadan başa çatdırmaq istədiyi bir dövrdə imzalamaq istəyir”. (Yenisabah)