Saytımızı qiymətləndirin


 
 

KİV: İran ölkədə baş verən partlayışların arxasında İsrailin olduğu fikrindədir
Tarix: 23-07-2025 | Saat: 16:31
Bölmə:Karusel / Region | çapa göndər

KİV: İran ölkədə baş verən partlayışların arxasında İsrailin olduğu fikrindədir

İran rəsmiləri son zamanlar ölkədə baş verən insidentlərdə gizli olaraq İsraili günahlandırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə aralarında SEPAH üzvü olan iranlı üç anonim mənbə “The New York Times“ə bildirib.

Onların fikrincə, son iki həftədə İranda baş verən partlayış və yanğınların arxasında İsrail kəşfiyyatı dayanır.

Bildirilib ki, İran açıq şəkildə İsraili ittiham etmir. Çünki, bu cür ittihamlar Tehranı İsrailə cavab verməyə məcbur edəcək. Buna görə də baş verən insidentlər iranlı rəsmilər tərəfindən köhnə infrastruktur, qaz sızmaları və tullantıların alışması ilə izah olunur.

Bundan başqa adı açıqlanmayan və İran məsələləri üzrə fəaliyyət göstərən bir Avropa rəsmisi də İranda baş verən hadisələrin “İsrail təxribatı olduğunu” bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mossad-ın direktoru David Barnia İranda gizli əməliyyatların davam edəcəyini bəyan edib.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər