Saytımızı qiymətləndirin


 
 

Aİ liderləri Ukrayna sülh planını müzakirə edir
Tarix: 24-11-2025 | Saat: 16:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Aİ liderləri Ukrayna sülh planını müzakirə edir

Bu gün Anqolanın paytaxtı Luandada Avropa İttifaqı dövlətləri liderlərinin iştirakı ilə Ukraynada sülh planı ilə bağlı qeyri-rəsmi sammit keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Evropeyskaya pravda” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sammiti Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta çağırıb.

Aİ-nin on lideri tədbirdə iştirak edir, digər liderlər isə video əlaqə vasitəsilə tədbirə qatılıblar.

"Qeyri-rəsmi sammit davam edir. Toplantıya Avropa İttifaqı Şurasının prezidenti rəhbərlik edir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, eləcə də Polşa, İspaniya, Çexiya, Portuqaliya, Almaniya, Xorvatiya, Slovakiya, Niderland, İtaliya və İrlandiya liderləri iştirak edirlər", – mənbə bildirib.

Eyni zamanda, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Yunanıstan, Finlandiya, Fransa, Macarıstan, Latviya, Litva, Lüksemburq, Malta, Rumıniya, Sloveniya və İsveç liderləri də onlayn toplantıya qatılıbrlar.

Gündəlikdəki əsas məsələ – Ukraynadakı sülh planı üzrə Aİ-nın mövqeyi, 23 noyabrda Cenevrədəki danışıqların nəticələri və Avropa İttifaqının gələcək birgə fəaliyyət planlarının müzakirəsidir.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər