Tarix: 29-04-2022 | Saat: 11:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərsun Sənaye Parkı”nda baş verən yanğın və anbarda saxlanılan tonlarla məhsulun yanması ciddi narahatlıqla müşayiət olunur.
Bəzi iddialara görə, anbarlarda 6 aylıq ehtiyatlar yanıb. Bu ehtiyatlar isə təkcə ölkə bazarına deyil, həm də xaricə çıxarılmaq üçün hazırlanmışdı.
Hazırda dünya bazarında yağ çatışmazlığı yaşandığı və bu səbəbdən qiymətlərin bahalaşdığını bildirən ekspertlər “Azərsun Sənaye Parkı”ndakı yanğının da daxili bazarda qiymət artımına səbəb ola biləcəyini istisna etməyiblər.
Bununla bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, “Azərsun” kimi böyük şirkətə müxtəlif formalarda ziyan dəyirsə, bunun ölkə bazarının istehsal və intensivliyinə, mal və məhsul təchizatıyla bağlı sahələrə müəyyən təsirlərinin olacağı qaçılmazdır.
“Amma ziyanın dəqiq həcmi ilə bağlı rəsmi məlumat veriləndən sonra bununla bağlı müxtəlif hesabatlar aparmaq mümkündür”.
Qeyd edək ki, xammal və yaxud hazır məhsullarla bərabər, istehsal avadanlıqlarının da yanması ehtimalı yüksəkdir. Bu isə istehsalda problem deməkdir və ən azı bir müddət üçün idxaldan asılılığı artıra bilər.
Axar.az
Digər xəbərlər